Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasında Xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 9 aprel tarixli Sərəncamına uyğun olaraq AMEA-nın Naxçıvan Bölməsinin tərkibində “Xalçaşünaslıq” elmi-tədqiqat qrupu yaradılıb. Qrup 1 noyabr 2018-ci ildən fəaliyyətə başlayıb.
Azərbaycanın qədim ərazilərindən olan Naxçıvanın qədim tarixə və zəngin ənənələrə malik xalçaçılıq sənətinin hərtərəfli və sistemli şəkildə araşdırılması.