Naxçıvanın Antik və Orta əsrlər dövrünə aid arxeoloji abidələrinin tədqiqi.
Naxçıvan Muxtar Respublikasının ərazisindəki Antik və Orta əsrlər dövrünə aid arxeoloji abidələrin tədqiqi istiqamətində işlər aparılmışdır. Kəşfiyyat xarakterli tədqiqatlar nəticəsində Gəmiqaya ətrafında bir neçə yeni arxeoloji abidə qeydə alınaraq pasportlaşdırılmış və öyrənilmişdir. Müəyyən olunmuşdur ki, Antik və Orta əsrlər dövründə Gilançay vadisi insanların sıx yaşadığı ərazilərdən olmuşdur. Bu ərazidə yaşamış insanlar əkinçiliklə, maldarlıqla, müxtəlif sənətkarlıq sahələri ilə məşğul olmuş, qonşu tayfalarla iqtisadi-mədəni əlaqələr yaratmışlar.