AMEA Naxçıvan Bölməsi

Yeni və ən yeni tarix şöbəsi



Şöbə müdiri
 
Aparıcı elmi işçi
Musa Rəhim oğlu Quliyev
Tarix üzrə fəlsəfə doktoru

Kiçik elmi işçi
Nilufər Şahhüseyn qızı Ağayeva

Əsas fəaliyyət istiqamətləri

Naxçıvanın yeni və ən yeni dövrünün tədqiqi


Əsas elmi nəticələri

“Naxçıvan MSSR-nin təşkili” (XX əsrin əvvəlləri), Azərbaycan dövlətçilik tarixində Naxçıvanın yeri mövzusu ilə əlaqədar tədqiqatlar aparmışdır. Mövzu müstəqilliyin verdiyi imkanlardan istifadə olunaraq tədqiq olunmuş, təhlillər aparılmış, uğurlu nəticələr əldə olunmuşdur. Həmçinin şöbədə Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi mövqeyi, qonşu xanlıqlar və dövlətlərlə münasibətləri, ordu quruculuğu, kəngərlilərdə mülkiyyət məsələsi, XIX-XX əsrlərdə Naxçıvanda yaşamış Naxçıvan xanları nəslindən olan şəxsiyyətlərin həyatı və fəaliyyəti ilə əlaqədar araşdırmalar aparılmışdır. Naxçıvanın XIX əsr tarixi rus mənbələri əsasında araşdırılmış, dövrün sosial-siyasi və iqtisadi həyatı, Naxçıvanda kollektivləşmə və onun nəticələri məsələləri öyrənilmişdir.

  • Heydər Əliyev siyasəti və Azərbaycan tarixi məsələləri;
  • Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvanın yeri;
  • Azərbaycanın Xalq Cümhuriyyətinin Naxçıvanla əlaqələri;
  • Araz-Türk Respublikasının tarixi;
  • Müharibə illərində (1941-1945) naxçıvanlıların ön və arxa cəbhədəki fəaliyyətləri;
  • Naxçıvan bölgəsinin ərazi taleyi;
  • Naxçıvan Muxtar Respublikanın sosial-iqtisadi tarixi, mədəniyyəti və görkəmli şəxsiyyətləri.