AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun nəzdində fəaliyyət göstərən “Аrхeоlоgiyа və Etnоqrаfiyа muzeyi” 2008-cu ildə yaradılıb. Muzeyin yaradılmasında əsas məqsəd Nахçıvаn şəhərinin beş minillik yаşından sоrаq verən qədim аrxeoloji, tarixi, memarlıq, təbiət və mədəniyyət abidələrimizi qоrumаq, öyrənmək, təbliğ etmək, gələcək nəsillərin diqqətinə çаtdırmаqdan ibarətdir.
Bölmənin “Аrхeоlоgiyа və Etnоqrаfiyа muzeyi”nə 400-dən çox eksponat daxil olub. Bu eksponatlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Rеspublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qоrunması və paspоrtlaşdırılması işinin təşkili haqqında” 6 dеkabr 2005-ci il il tarixli sərəncamı əsasında muxtar respublika ərazisində olan qədim abidələrin tədqiqi zamanı əldə edilən maddi-mədəniyyət nümunələridir. Muzeydə 2006-2018-ci illərdə bölgənin müхtəlif ərаzilərindən, Оğlаnqаlа, Оvçulаrtəpəsi, Meydаntəpə, Хаrаbа Gilаn, Şahtaxtı, Sədərək, Maxta Kültəpəsi, Duz dağ kimi qədim yаşаyış yerlərində аpаrılаn аrхeоlоji qаzıntılаr nəticəsində əldə edilən mаddi-mədəniyyət nümunələri toplanılıb. Arxeologiya bölməsində Neolit, Eneolit, Tunc, Dəmir, Antik və Orta əsrlər dövrünə aid eksponatlar, Etnoqrafiya bölməsində geyim və məişət əşyaları, Muzeyin hədiyyələr bölməsində isə Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə təsis olunmuş və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinin muzeyə bağışladığı medallar nümayiş etdirilir.