AMEA Naxçıvan Bölməsində baş verən yeniliklərdən xəbərdar olmaq üçün sayta abunə ola bilərsiniz.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə Rusiya Federasiyasının Novosibirski bölməsi, Polşa Elmlər Akademiyasının Krakov bölməsi, Fransa Respublikası Milli Elmi Araşdırmalar Mərkəzinin Arxeologiya Laboratoriyası, İran İslam Respublikasının Marağa Astronomiya və Astrofizika Elmi-Tədqiqat İnstitutu, Türkiyə Cümhuriyyətinin Dil Qurumu, İğdır Universiteti, Şimali Makedoniya Respublikasının “Vision” Universiteti arasında əməkdaşlıq protokolu imzalanmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi respublikanın bir sıra elm və təhsil müəssisələri ilə - Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat müəssisələri, Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Bakı Mühəndislik Universiteti, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, Gənclər Fondu və muxtar respublikada fəaliyyət göstərən muzeylərlə əməkdaşlıq edir.
Azərbaycan MEA Naxçıvan Bölməsi əməkdaşlarının təqdim etdikləri qrant layihələrindən 23-ü qalib elan olunub.
AMEA Naxçıvan Bölməsinin fəaliyyəti dövründə Bölmə əməkdaşları 28 patent almışlar, bunlardan 21-i ixtira, 2-si seleksiya nailiyyəti, 5-i sənaye nümunəsidir. Patentlərin 25-i Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, 2-si isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiqlənmişdir. Patentlərin hazırlanmasında AMEA Naxçıvan Bölməsinin 11 elmi işçisi iştirak etmişdir, onlardan 1-i akademik, 1-i elmlər doktoru, 7-si fəlsəfə doktoru, 2-si elmi işçi olmuşdur.
AMEA Naxçıvan Bölməsinin “Gənc Alim və Mütəxəssislər Şurası” Bölmənin Rəyasət Heyətinin 18 noyabr 2013-cü il tarixli 07/03 №-li qərarına uyğun olaraq yaradılmışdır. Hazırda Şuraya filologiya üzrə fəlsəfə doktoru Nərgiz Rəfail qızı İsmayılova rəhbərlik edir. AMEA Naxçıvan Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasında yaşı 40-dək olan 53 alim və mütəxəssis fəaliyyət göstərir. Onlardan 12 nəfərin elmi dərəcəsi və elmi adı vardır. Digər əməkdaşlarsa, doktorant və ya dissertantdırlar.
Hazırda Naxçıvan Bölməsində 2 akademik, 4 müxbir üzv, 4 elmlər doktoru, 55 fəlsəfə doktoru olmaqla ümumilikdə 102 elmi işçi elmi tədqiqatla məşğuldur.