AMEA Naxçıvan Bölməsi
×

Dünya tufanı, şumerlər və Naxçıvan beynəlxalq konfransı keçiriləcək

Gənc Alim və Mütəxəssislər Şurası



     AMEA Naxçıvan Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurası Bölmənin Rəyasət Heyətinin 18 noyabr 2013-cü il tarixli 07/03 №-li qərarına uyğun olaraq yaradılmışdır. Hazırda Şuraya filologiya üzrə fəlsəfə doktoru Ruslan Təvəkkül oğlu Məmmədov rəhbərlik edir. AMEA Naxçıvan Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasında yaşı 40-dək olan 53 alim və mütəxəssis fəaliyyət göstərir. Onlardan 12 nəfərin elmi dərəcəsi və elmi adı vardır. Digər əməkdaşlarsa, doktorant və ya dissertantdırlar.

     Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, onların təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirilməsindən ibarətdir. Şuranın fəaliyyətinə elmin təbliği və təşviqi, innovativ layihələrin koordinasiyası, gənclərlə iş, beynəlxalq tədbirlərin keçirilməsi, elmi ictimai tədbirlərin keçirilməsi, elmi nəşrlər, Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri, AMEA Naxçıvan Bölməsinin nəzdində olan institutlarda fəaliyyət göstərən gənc alimlərin elmi fəaliyyətinin mütəmadi monitorinqi və ictimai əlaqələr daxildir.

 

Şuranın tərkibi:

Sədr: Ruslan Təvəkgül oğlu Məmmədov;

Müavin Hüseyn Sahib oğlu Rəsulzadə;

Elmi katib: Leyla Nadir qızı İbrahimova;

Üzv: Sara Nadir qızı Yasinova;

         Nilufər Şahhüseyn qızı Ağayeva.