Naxçıvan Dövlət Universitetinin II kurs magistr tələbələrinin Elmi Kitabxanasında 3 həftəlik elmi-tədqiqat təcrübəsi başa çatmaq üzrədir. Kitabxanada “İnformatikanın tədrisi metodikası”, “Mətbuat tarixi”, “Mülki və təsərrüfat hüququ”, “Baytarlıq cərrahiyəsi”, “Qeyri-üzvi kimya”, “Riyaziyyatın tədrisi metodikası və metodologiyası”, “Musiqi tənqidi”, “Təsvir sənət tarixi və nəzəriyyəsi”, “Bitkilərin genetikası və seleksiyası”, “Həndəsə”, “Dilşünaslıq (fars dili üzrə)” və başqa ixtisaslar üzrə təcrübə keçən tələbələrə dissertasiya mövzularına uyğun əsərlərlə tanış olmaları üçün ənənəvi və elektron formada xidmət göstərilir. Təcrübəçilər tanış olduqları elmi ədəbiyyatlardan referat və dissertasiyalarının hazırlanmasında istifadə edəcəklər. Elmi-tədqiqat təcrübəsi mart ayının 7-də başa çatacaq.
AMEA Naxçıvan Bölməsi Konstitusiya və Suverenlik İli
ilə bağlıTədbirlər Planının icrasına başlayır
Tariximizin qan yaddaşı: Xocalı soyqırımı
mövzusunda elmi konfrans
Elxan Yurdoğlunun iki kitabı nəşr olunub
AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin yeni tərkibi müəyyənləşib