AMEA Naxçıvan Bölməsi

Milli Qurtuluş Günü münasibətilə vitual sərgi təşkil olunub


14.06.2024 / 10:48Mühüm hadisələr



AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanası tərəfindən 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş virtual sərgi oxucuların ixtiyarına verilib.
Sərgidə Ulu öndər Heydər Əliyevin həyatından, zəngin siyasi irsindən, ölkəmiz və xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edən kitablar, monoqrafiyalar, elmi və publisistik məqalələr, həmçinin fotoşəkillər nümayiş olunur.
“Heydər Əliyev Ali Sovetin Sədri" (3 cilddə), “Müstəqilliyimiz əbədidir”, “Heydər Əliyev siyasəti: tarix və müasirlik”, “Müdriklik mücəssəməsi”, “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu”, “Haydar Aliyev ve Türk dünyası”, “Milli mədəniyyət tariximiz Heydər Əliyev ideyalarında”, “Отец нации”, “Qurtuluşdan başlayan tərəqqi”, “Zamana sığmayan Lider”, “Şərqin Müdrik oğlu Naxçıvandadır”, “Müstəqillik yollarında: liderlik missiyası”, “Heydər Əliyev və Azərbaycan elmi” və başqaları sərgilənən əsərlər sırasındadır.
Virtual sərgi ilə aşağıdakı hiperlink vasitəsilə tanış ola bilərsiniz:
https://docs.google.com/presentation/d/e/2PACX-1vRAE-Ac7Ptgr5jDs-RhqKibKDsWvx3fx9un1X_dqX1VEmObpU1NE80WR7150GLdO36vIZi3Migqt4sl/pub?start=false&loop=true&delayms=3000&slide=id.p