AMEA Naxçıvan Bölməsi

Azərbaycan-Almaniya beynəlxalq arxeoloji ekspedisiyası kəşfiyyat axtarışı aparacaq


19.04.2024 / 15:36Mühüm hadisələr



Azərbaycan-Almaniya beynəlxalq arxeoloji ekspedisiyasının Naxçıvanda qazıntı aparması planlaşdırılır. Bu məqsədlə ekspedisiyanın Azərbaycan tərəfi üzrə rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurovun başçılığı ilə bir qrup arxeoloq muxtar respublikada 3 günlük arxeoloji kəşfiyyat axtarışı aparacaq.
Həmin arxeoloqlar bu gün AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevlə görüşüblər. Görüş zamanı arxeoloji axtarış aparılacaq ərazilər, araşdırmaların əhatə edəcəyi tarixi dövr və başqa məsələlər müzakirə olunub.