AMEA Naxçıvan Bölməsinin Rusiyaya ezam olunmuş əməkdaşları Vətənə qayıdıblar. İyun ayında Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov və şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev Naxçıvanla bağlı arxiv sənədlərinin toplanması məqsədilə Sankt-Peterburqda Rusiya Dövlət Tarix Arxivində axtarışda olublar. Ezamiyyədən qayıdan tədqiqatçıları AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qəbul edib. Görüş zamanı İlhami Əliyev ezamiyyə müddətində axtarış apardıqları arxiv və əldə olunan sənədlər haqqında ümumi məlumat verib. Sonda İsmayıl Hacıyev tədqiqatçılara toplanan sənədlərin uyğun istiqamətlər üzrə sistemləşdirilməsi ilə bağlı bəzi tövsiyələr verib. Toplanan sənədlər barədə məlumatlar ən yaxın zamanda ictimaiyyətə bildiriləcəkdir.
Ədəbi mühitimizin görkəmli nümayəndəsi Hüseyn Razinin 100 yaşı qeyd olunub
Cari ildə nəşr olunan kitablar aparılan sistemli tədqiqatların bəhrəsidir
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
İrəvan xanlarının məktublar külliyatı
kitabının təqdimatı olub