AMEA Naxçıvan Bölməsi

Əməkdaşımızın məqaləsi Özbəkistanda dərc olunub


23.11.2023 / 15:48Mühüm hadisələr



AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və Orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov cari ilin iyun ayında Özbəkistanda keçirilən “Səmərqənd ətrafı qonşuluqdan Avrasiyanın digər mərkəzlərinə: Mərkəzi Asiya tarixi prizmadan” adlı beynəlxalq elmi-texniki konfransda iştirak edib. Əməkdaşımızın “Naxçıvanda qədim türk mədəniyyətinin izləri arxeoloji materiallar işığında” adlı məqaləsi konfransın məqalələr, məruzə və materiallar toplusunda dərc olunub.