AMEA Naxçıvan Bölməsi

IV kurs tələbələri Nəbatat bağında olub


15.03.2022 / 12:07Mühüm hadisələr



Naxçıvan Dövlət Universitetinin əyani şöbəsinin “Torpaqşünaslıq və aqrokimya" ixtisası üzrə təhsil alan IV kurs tələbələri dünən təcrübə rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Akif Mərdanlı ilə birlikdə AMEA Naxçıvan Bölməsinin Nəbatat bağında olublar. Bioresurslar İnstitutunun şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Teyyub Paşayev təcrübəçi tələbələrə bağın taxıl, üzüm və meyvə genofondları, burada aparılan tədqiqat işləri, əldə olunan elmi nəticələr haqqında ətraflı məlumat verib.
Daha sonra Nəbatat bağının istilikxanasını ziyarət edən tələblər burada becərilən, müxtəlif iqlim qurşaqlarına məxsus dekorativ və dərman bitkiləri, onlara qulluq qaydaları ilə bağlı məlumat alıblar. Bağın təcrübə sahəsində gənclər calaq işlərinin aparılma qaydaları ilə tanış olub, yaz əkinlərini müşahidə ediblər.