AMEA-nın Naxçıvan Bölməsinin təşkilatçılığı, bölmənin Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Çıxışı zamanı Azərbaycan qadınının cəmiyyətdəki rolundan bəhs edən akademik xanımların ölkənin ictimai-siyasi, mədəni həyatındakı yeri və vəzifələri barədə danışıb, onların uğurla təmsil olunduğu sahələri diqqətə çatdırıb.
AMEA Naxçıvan Bölməsində çalışan qadın əməkdaşların fəaliyyətindən, elmimizə və bölmənin ümumi fəaliyyətinə bəxş etdikləri töhfələrdən söz açan İsmayıl Hacıyev çıxışının sonunda kollektivdəki qadınları təbrik edib, onlara xoş diləklərini çatdırıb.
Daha sonra AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərova "Dövlətçilik uğrunda mübarizədə Azərbaycan qadınının rolu" mövzusunda məruzə edib.
Əvvəlcə “xanım” sözünün etimologiyası barədə məlumat verən alim Azərbaycan qadınının cəmiyyətdəki mövqeyindən, sahib olduğu yüksək mənəvi keyfiyyətlərdən danışıb. Qadın obrazının bədii ədəbiyyatımızda, xalq təfəkkürünün məhsulu olan folklor nümunələrində təsviri məsələsinə toxunub.
İncə ruhlu Azərbaycan xanımının yeri gəldiyində Vətənin müdafiəsində cəsarətlə dayandığını deyən tədqiqatçı Qarabağ müharibələri zamanı şəhid olmuş qadınlarımızın mərdliyindən, şəhid analarının, şəhid xanımlarının mətanətindən danışıb.
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib
Naxçıvan etnoqrafiyası
ikicildliyi ictimaiyyətə təqdim olunub
Naxçıvan Bölməsinin Rəyasət Heyəti bir sıra məsələləri müzakirə edib