Azərbaycan xalqının böyük oğlu, azərbaycançılıq ideologiyasının banisi Heydər Əliyevin sahib olduğu əsl mənəvi keyfiyyətlər, yüksək idarəçilik bacarığı, ömrünə sığdırdığı keşməkeşli və zəngin siyasi irsi hər bir azərbaycanlı üçün nümunədir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ölkəmizdə yüksək səviyyəli tədbirlər keçirilir.
AMEA-nın Naxçıvan Bölməsinin Elmi Kitabxanasında dahi rəhbərin 100 illik yubileyi münasibətilə “Ümummilli lider Heydər Əliyev - 100” adlı sərgi təşkil olunub.
Sərgidə Ümummilli liderin zəngin siyasi və ictimai fəaliyyətinin əksini tapdığı kitab və monoqrafiyalar, qəzet və jurnallar nümayiş olunur.
“Heydər Əliyev siyasəti: tarix və müasirlik”, “Heydər Əliyev və Şərq: Türk dünyası”, “Heydər Əliyev siyasəti tarixdə və günümüzdə”, “Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü məsələsi”, “Heydər Əliyev və Azərbaycan parlamenti”, “Heydər Əliyev ideyalarının zəfər yürüşü”, “Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr”, “Qayıdış: 1990-1993”, “Zamanı qabaqlayan dahi”, “Heydər Əliyev və Azərbaycan dili”, “Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə”, “Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının inkişaf tarixi”, “Гейдар Алиев: Искусство прошло всю мою жизнь…”, “Победное шествие идей Гейдара Алиева” və başqa materiallar nümayiş olunan əsərlər sırasındadır.
Heydər Əliyev: tariximizdə və taleyimizdə
kitabının təqdimatı olub
Ədəbiyyat
qəzetinin baş redaktoru Azər Turan AMEA Naxçıvan Bölməsinin qonağı olub
Anım Günü ilə əlaqədar elmi konfrans keçirilib
AMEA Naxçıvan Bölməsində Qərbi Azərbaycanla bağlı elmi konfrans olub