DTA, RFA və mikroquruluş analiz üsulları, həmçinin mikrobərkliyin və EHQ-nin ölçülməsi ilə aparılan kompleks tədqiqatlar nəticəsində ilk dəfə Tl-S-Halogen (Hal – Cl, Br, İ) sistemlərində fiziki-kimyəvi qarşılıqlı təsirin xarakteri müəyyən edilmiş, hər üç sistemin faza diaqramının bir sıra poltermik kəsikləri, 300 K temperaturda izotermik kəsikləri, Tl-TlCl(Br)-S sistemlərinin isə həm də likvidus səthlərinin proyeksiyaları qurulmuş, bütün fazaların kristallaşma sahələri sərhədləndirilmiş, non- və monovariant tarazlıqların tipləri və koordinatları təyin edilmişdir. Tl-S-Halogen (Hal – Cl, Br, İ) sistemləri üzrə alınmış üçlü birləşmələrin termodinamik parametrləri təyin edilmişdir. Hidrokimyəvi və hidrotermal metodlarla gümüş və misin bəzi elementlərlə (As, Sb, İn, Sn və s. ) əmələ gətirdiyi üçlü sulfidlər sintez edilmiş, su və üzvi həlledici mühitlərində onların nazik təbəqələri və nanostrukturları alınmış, onların bir sıra fiziki-kimyəvi parametrləri və mikromorfologiyası öyrənilmişdir.
Elxan Qadir oğlu Məmmədov
Fəxrəddin Aydın oğlu Eylazov
Vəli Baxşəli oğlu Baxşəliyev
Kubra Sabir qızı Vəliyeva