AMEA Naxçıvan Bölməsi

Elmi əsərlərin xüsusi buraxılışı Əhməd Cavad yaradıcılığına həsr olunub


13.04.2023 / 10:35Yeni nəşrlər



AMEA-nın Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının vətənpərvər şair Əhməd Cavadın 130 illiyinə həsr olunmuş xüsusi nömrəsi çapdan çıxıb.

Nəşrin əvvəlində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” 20 aprel 2022-ci il tarixli Sərəncamı verilmiş, jurnalda yer alan məqalələrdə ədəbiyyatımızın görkəmli nümayəndəsi, böyük şair, maarifçi və ictimai xadim Əhməd Cavadın yaradıcılığı fərqli aspektlərdən tədqiq olunmuşdur.

“Turançı şair Əhməd Cavad yaradıcılığının Türkiyədə tədqiqi və nəşri məsələləri”, “Əhməd Cavad yaradıcılığında milli türkçülük”, “Poetik dilimizin Göy gölü – Əhməd Cavad”, “Əhməd Cavad və ədəbi dilimiz”, “İstiqlal şairi Əhməd Cavad yaradıcılığında folklor düşüncəsi”, “Əhməd Cavadın satirik-yumoristik şeirləri, həcvləri və ya amansız böhtanlara cavabları”, “Əhməd Cavad poeziyasında milli istiqlal ideyalarının təcəssümü”, “Əhməd Cavad poeziyasında avtobioqrafik məqamlar” və başqa məzmunlu məqalələrdə şairin yaradıcılığı əhatəli tədqiqata cəlb olunmuşdur.

Məlumat üçün qeyd edək ki, “Elmi əsərlər” jurnalı ildə dörd dəfə olmaqla nəşr olunur, jurnalda ictimai və humanitar elm sahələrini əhatə edən elmi məqalələr dərc olunur.