AMEA Naxçıvan Bölməsi

20 illik yubiley münasibətilə virtual sərgi təşkil olunub


07.08.2022 / 18:07Mühüm hadisələr



AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında bu elmi qurumun 20 illik yubileyi ilə əlaqədar virtual sərgi təşkil edilib.
“Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi - 20 il” adlı sərgidə Naxçıvanda elmin keçdiyi inkişaf yolunu əks etdirən kitab və monoqrafiyalar virtual rejimdə oxuculara təqdim edilib. Bölmənin yaradılması ilə bağlı imzalanan rəsmi sənədlər, əməkdaşların əsərlərinin dərc olunduğu müxtəlif elmi nəşrlər, dövri-mətbuat nümunələri də sərgidə nümayiş olunan resurslar sırasındadır.
Bundan əlavə, “Naxçıvan Ensiklоpediyası”, “Naxçıvan abidələri ensiklоpediyası”, “Naxçıvan folkloru antologiyası”, “Dədə Qorqud yurdu-Naxçıvan" tarixi-coğrafi və etnoqrafik atlası”, “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində”, “Naxçıvan Duzdağının qədim duz mədənləri”, “Naxçıvan Muxtar Respublikasının "Qırmızı kitabı”, “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası” və başqa fundamental əsərlər də virtual ziyarətçilərin ixtiyarına verilib.
Virtual sərgiyə baxmaq üçün linkə daxil olun.