AMEA Naxçıvan Bölməsi
×

Dünya tufanı, şumerlər və Naxçıvan beynəlxalq konfransı keçiriləcək

Layihə iştirakçıları yeni uğura imza atıb


17.05.2022 / 10:26Mühüm hadisələr



AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə icra olunan “Sabahın tədqiqatçıları-2022” layihəsi çərçivəsində Naxçıvan şəhər 5 №-li tam orta məktəbin IX sinif şagirdləri Qəndab Hacıyeva və İnci Qənbərova “Naxçıvan Muxtar Respublikası florasında Yemişan meyvələrinin fitokimyəvi tədqiqi və kompleks istifadə perspektivləri” mövzusunda tədqiqat aparırlar. Layihənin əsas məqsədi floranın zənginliyindən, faydalı yabanı növlərin zəngin fitokimyəvi tərkibindən istifadə, ekoloji təmiz qida məhsullarının, təbii boyaqların alınması və ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədilə meyvələrin kompleks emal üsulunun hazırlanmasıdır.
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Surə Rəhimovanın elmi rəhbərliyi ilə tədqiqat aparan IX sinif şagirdi Qəndab Hacıyevanın “Naxçıvan Muxtar Respublikası florasında Yemişan meyvələrinin fitokimyəvi tədqiqi və kompleks istifadə perspektivləri”, İnci Qənbərovanın isə “Naxçıvan Muxtar Respublikası florasında yayılan Şərq yemişanı və istifadə perspektivləri” adlı məqalələri “Rusiya Federasiyası Pedaqoji Layihələr Akademiyası” Ümumrusiya informasiya-təhsil portalının “Elm və texnologiya ili”nə həsr olunmuş “Mənim elmə addımım” müsabiqəsinin I dərəcəli diploma layiq görülüblər.
Gələcəyin tədqiqatçılarına göstərdiyi səmərəli rəhbərliyə görə elmi rəhbər Surə Rəhimovaya təşəkkür məktubu göndərilib.