AMEA Naxçıvan Bölməsi

Elmi əsərlər jurnalının yeni sayı çap olunub


13.04.2022 / 15:21Yeni nəşrlər



AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının 2022-ci il üçün ilk nömrəsi çapdan çıxıb.
Jurnalın ictimai və humanitar elmlər seriyasına daxil olan yeni sayında 40-dan artıq tədqiqatçı tərəfindən tarix, siyasət, dilçilik, ədəbiyyat, incəsənət və iqtisadiyyat sahələri üzrə aparılan tədqiqatların nəticələri yer alıb.
Yeni nömrədə “Əshabi-Kəhf–Naxçıvan bağlılığına dair faktlar”, “AXC-Müsavat hakimiyyətinin Naxçıvana dair siyasəti və onun iflası”, “XX əsrin əvvəllərində Naxçıvanda sosial-iqtisadi vəziyyət”, “Polkovnik Nəzərəli xan Kəngərli-Naxçıvanski və onun hərbçi varisləri”, “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və İranın mövqeyi”, “Avropanın enerji təminatının qarantına çevrilən Cənubi Qafqaz Respublikası – Azərbaycan”, “Naxçıvantəpə keramikasının Yaxın Şərqlə əlaqələri”, “Naxçıvan bölgəsinin tunc dövrü abidələrində aşkar olunan gil insan fiqurları haqqında”, “Ortaq türk leksikasında Naxçıvan dialekt və şivələri”, “Şərur rayonu oronimlərində rəng komponentinin mənaları”, “Molla Nəsrəddin” jurnalı və “Şərq qapısı” qəzeti”, “Ulu öndərə ümumxalq məhəbbətinin bədii ifadəsi”, “Baba Nemətullah Naxçıvaninin həyatının Anadolu mərhələsində elmi və dini xidmətləri”, “Kazım Qarabəkir paşa və Naxçıvan teatrı”, “Naxçıvan Muxtar Respublikasında aqrar sektorun inkişafı üçün qəbul olunan dövlət proqramlarının təhlili” və başqa mühüm mövzuları əhatə edən elmi məqalələr yer alıb.
Bölmənin Tarix, Etnoqrafiya və Axeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərlinin “Filologiya elmləri doktoru Fərman Xəlilovun həyatı, elmi və pedaqoji fəaliyyəti”, Elmi Kitabxananın direktoru Sahab Əliyevanın “Abbas Zamanov -110. Cənubi Azərbaycan ədəbiyyatının unudulmaz tədqiqatçısı – professor Abbas Zamanov” başlıqlı yubiley yazıları Biblioqrafiya bölməsində oxuculara təqdim olunur.