AMEA Naxçıvan Bölməsi
×

Dünya tufanı, şumerlər və Naxçıvan beynəlxalq konfransı keçiriləcək

Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı mövzusunda II beynəlxalq konfrans keçiriləcək­


08.04.2022 / 15:12Elanlar



Hörmətli elm adamları! AMEA Naxçıvan  Bölməsinin təşkilatçılığı ilə 8-9 iyul 2022-ci il tarixdə üz-üzə və onlayn formada “Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı” mövzusunda II beynəlxalq konfrans keçiriləcək­dir.

 Beynəlxalq konfransda aşağıdakı istiqamətlərdə müzakirələr aparılacaqdır:

  1. Naxçıvan Muxtar Respublikasının tarixi və arxeologiyası
  2. Naxçıvan Muxtar Respublikasında ədəbiyyat və folklor
  3. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı
  4. Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri
  5. Naxçıvan Muxtar Respublikasının fauna və florası
  6. Naxçıvan Muxtar Respublikasında elm, təhsil və mədəniyyətin inkişafı

 

Konfransda iştirak üçün məruzələrin adı əvvəlcədən göndərilməlidir.  Beynəlxalq konfransda iştirak etmək istəyənlərin məruzəsi tam mətni ilə birlikdə 20 iyun 2022-ci il tarixədək ameanaxcivanbolmesi@gmail.com ünvanına göndərilməlidir.

Konfransın materialları dərc ediləcəkdir!

Beynəlxalq konfransa dair əlavə məlumat almaq üçün

(+994 36) 544 09 64;

(+994 36) 545 67 45;

(+994 51) 687 12 48 nömrələri ilə əlaqə saxlamaq olar. 

QEYD: Konfransa təqdim olunan məruzə mövzularının adı 20 may 2022-ci il tarixədək Təşkilat Komitəsinə təqdim olunmalıdır.

 

Azərbaycan Milli Elmlər Akademiyası

 Naxçıvan Bölməsi

 

Konfransda iştirak qaydaları:

Məqalələrin göndərilməsi və dəyərləndirilməsi: 10 iyun 2022-ci il

Konfransda yuxarıda qeyd edilən sahələrlə bağlı bütün tədqiqatçılar iştirak edə bilər. Məruzələrdə elmi yenilik, səmərəlilik və faydalılıq olmalıdır. Konfransa göndərilən məruzələr Elmi heyət tərəfindən dəyərləndirilərək seçiləcəkdir. Məruzələrin qəbulu haqqında məlumatlar iştirakçılara məqalələrin göndərildiyi ameanaxcivanbolmesi@gmail.com ünvanı vasitəsi ilə bildiriləcəkdir. Elmi heyət tərəfindən qəbul edilmiş məruzələrin tam mətnləri 20 iyun 2022-ci il tarixədək ameanaxcivanbolmesi@gmail.com ünvanına göndərilməlidir.

Təqdimat

Konfransda hər bir məruzənin təqdim olunmasına 15 dəqiqə vaxt ayrılır.

 

Məruzə mətnlərinin hazırlanmasına dair yazı qaydaları

  1. Təqdim olunan məqalələrin həcmi 10 səhifədən artıq olmamalıdır.
  2. Məqalənin həmmüəllifinin sayının ikidən artıq olması arzuolunmazdır.
  3. Məqalənin keyfiyyətinə, orada göstərilən faktların səhihliyinə bilavasitə müəllif cavabdehdir.
  4. Təqdim olunan məqalənin mətni kоmpüterdə, MS.Word proqramında, A4 kağız formatında, 12 pt şriftlə, səhifənin pаrаmetrləri yuхаrıdаn və aşağıdan 2 sm, sоldаn 3 sm, sаğdаn isə 1 sm məsаfə ilə, sətirdən-sətrə “defislə” keçmədən, sətir аrаlığı 1 intervаl оlmаqla hazırlanmalıdır.
  5. Məqalə azərbаycаn, türk, ingilis və rus dillərində yalnız Microsoft Word proqramında, Times New Rоmаn şrifti ilə yazılmalı, CD, DVD daşıyıcıda və ya elektron poçt vasitəsilə Təşkilat Komitəsinə təqdim edilməlidir. Mətndə оlаn şəkil və cədvəllər yalnız JPG formatında olmalı, keyfiyyətinə üstünlük verilməli və sayı 3-dən artıq olmamalıdır.
  6. Səhifənin ortasında 12 pt ölçülü qаlın və böyük hərflərlə müəllifin (müəlliflərin) аdı və sоyаdı yаzılır.
  7. Bir sətir bоş burахılmаqlа 12 pt ölçülü böyük hərflərlə məqаlənin аdı yazılır və məqаlənin yazıldığı dildə 10 pt ölçülü (İtalic) hərflərlə xülasə və açar sözlər yazılır. Xülasələr 250 – 300 söz aralığında məqalənin məzmununu əhatə etməlidir. Müəllifin işlədiyi təşkilаtın аdı, elmi dərəcəsi və e-poçt ünvanı 12 pt ölçülü (İtalic) və qalın kiçik hərflərlə ədəbiyyat siyahısından sonra sağdan yаzılır.
  8. Daha sonra bir sətir boş buraxılaraq  ingilis və rus dillərində xülasələr verilir. Xülasələrdən əvvəl sağ tərəfdə 12 pt şriftlə məqalə müəllifinin (müəlliflərin) adı  və soyadı qalın kiçik hərflərlə, məqalənin adı isə qalın böyük hərflərlə yazılır, sonra 12 pt şriftlə adi hərflərlə xülasələrin mətni 1 interval ara ilə verilir. Hər xülasənin sonunda 10 sözü keçməməklə açar sözlər yazılır.
  9. Mövzu ilə bağlı mənbələrə istinadlar olmalıdır və istifadə olunmuş ədəbiyyat siyahısı yazıldığı dildə 12 pt şrift, 1 interval ara ilə, kodlaşdırma üsulu və əlifba sırası ilə göstərilməlidir. “Ədəbiyyat” sözü səhifənin ortasında 12 pt şriftlə, qalın və böyük hərflərlə yazılır.

 

ƏLAQƏ

          Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası

          Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 76

          Tel.: (+994 36) 544 09 64

                  (+994 36) 545 67 45

          Faks: (+994 36) 545 46 22

          E-poçt: ameanaxcivanbolmesi@gmail.com

          Web: www.ameanb.az