AMEA Naxçıvan Bölməsi

Əməkdaşımız konfransda iştirak edib


16.03.2022 / 16:18Mühüm hadisələr



AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Torpaq ehtiyatları laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyev martın 10-da Rusiya Federasiyasının Penza şəhərində keçirilən “Çağdaş elm və təhsilin aktual problemləri” XVII Beynəlxalq elmi-praktik konfransda iştirak edib. Əməkdaşımız konfransda “Naxçıvan” Universitetinin kafedra müdiri Bəhruz Quliyevlə müştərək “Təbii proseslərdən qaynaqlanan hadisələrin qarşısını almaq üçün tədbirlər” mövzusunda məruzə edib.
Məruzədə təbii fəlakətlər və texnogen qəzaların ağır nəticələri təhlil olunub, qlobal iqlim dəyişikliklərinin təbii mühitdə təbiət hadisələrinin intensivliyinin artmasındakı rolu əsaslandırılıb. Muxtar respublikada təbii xarakterli fövqəladə halların qarşısının alınması və həlli istiqamətində görülən tədbirlərdən bəhs olunaraq mövzu ilə əlaqədar bir neçə təklif və tövsiyələr verilib.
Tədqiqatçıların məqaləsi konfransdan sonra nəşr olunan məqalələr toplusunda yer alıb.