AMEA Naxçıvan Bölməsi

Bölməmizin əməkdaşı yaradıcılıq müsabiqəsində mükafatçılar sırasında


15.12.2021 / 17:10Mühüm hadisələr



AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov “Şərq qapısı” qəzetinin 100 illik yubileyi münasibəti ilə keçirilən yaradıcılıq müsabiqəsində III yerə layiq görülüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan “Tədbirlər Planı”na əsasən redaksiya tərəfindən elan olunan “Şərq qapısı” qəzetinin 100 illiyi münasibətilə yaradıcılıq müsabiqəsində Elxan Məmmədov “Əsrin əsəri, yaxud mənim ən böyük və ən açıq tribunam” publisistik yazısı ilə üçüncü yerə çıxıb.
“Şərq qapısı” qəzeti redaksiyasında keçirilən mükafatlandırma mərasimində əməkdaşımıza plaket və pul mükafatı təqdim olunub.
Qeyd edək ki, Elxan Yurdoğlu imzası ilə mətbuat səhifələrində çıxış edən əməkdaşımız 2003-2007-ci illərdə “Şərq qapısı” qəzetində müxtəlif vəzifələrdə çalışıb.