İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının bəzi sututarlarında göy-yaşıl və yaşıl yosunların biomüxtəlifliyi tədqiq olunmuş, 1999-2015-ci illərin müasir Beynəlxalq nomenklatur dəyişiklikləri: BioLib, İTİS, EOL əsasında göy-yaşıl və yaşıl yosunların taksonomik spektri tərtib edilmişdir. Naxçıvan MR-in alqoflorasının: 2 sinif, 3 yarımsinif, 4 sıra, 11 fəsilə, 6 yarımfəsilə və 18 cinsə daxil olan 61 növ, 65 növdaxili takson göy-yaşıl, 3 sinif, 1 yarımsinif, 6 sıra, 8 fəsilə, 1 yarımfəsilə və 16 cinsə daxil olan 66 növ, 67 növdaxili takson yaşıl yosunlardan ibarət olduğu aşkar edilmişdir. 41 növ, 46 növdaxili takson göy-yaşıl, 66 növ 67 növdaxili takson yaşıl yosunlar Naxçıvan Muxtar Respublikasının, 16 növ göy-yaşıl, 42 növ yaşıl yosunlar Azərbaycan Respublikasının alqoflorası üçün ilk dəfə göstərilmişdir. Tədqiqatlar zamanı 61 növ, 66 növdaxili takson göy-yaşıl, 66 növ, 67 növdaxili takson yaşıl yosunların bioekoloji, ekoloji-coğrafi xüsusiyyətləri tədqiq olunmuş, sututarların tipindən, onların yerləşdiyi hündürlük qurşaqlarından və ilin mövsümündən asılı olaraq onların yayılma qanunauyğunluqları ilk dəfə öyrənilmişdir.
Arzu Fərman oğlu Məmmədov
Ruslan Təvəkgül oğlu Məmmədov
Aytən Cəfər qızı Cəfərova
Zülfiyyə Kamil qızı Salayeva