Vəfa Əjdər qızı Qafarova
Türkanə Mirzəli qızı Əliyeva
Böyük laborant
Vəli Qiyas oğlu Səfərov
Aparıcı elektronçu
Ağəli Əli oğlu Həsənov
Əsas fəaliyyət istiqamətləri
Günəş - Yer əlaqələri, Günəş sistemi cisimlərinin tədqiqi, Günəş fizikası
Əsas elmi nəticələri
Günəşdəki irimiqyaslı maqnit sahələrində aşkar olunmuş kvaziikiillik dövrü rəqslər Günəşdəki maqnit sahələrinin qeyri-simmetrik xüsusiyyətləri ilə bağlıdır;
Günəş spikullarının dispersiyaya meyli dövrü olaraq dəyişir və bu dəyişmə spikulların fırlanma hərəkəti ilə bağlıdır;
Müəyyən edilmişdir ki, uzundövrlü kometlərin bir qrupunun mənbəyi Koyper-Ecevort qurşağı ola bilər;
Uzunperiodlu kometlərin perihelilərinin ən yüksək konsentrasiyası ekliptika müstəvisinə perpendikulyar müstəvi ətrafında mövcuddur;
Günəş sisteminin 55 a.v., 110 a.v., 80 a.v. və 170 a.v. məsafələrində ən azı dörd planet cisminin olması ehtimalı vardır.