Naxçıvan Muxtar Respublikasının bioresurslarının öyrənilməsi, tədqiqi, səmərəli istifadəsi və mühafizəsinin bioloji əsasları
Naxçıvan MR ərazisində yayılmış təbii ehtiyatı bol olan faydalı bitkilər müəyyən edilərək, onların genefondu toplanılacaq, sistematik vəziyyəti, bioekoloji və fitosenoloji xüsusiyyətləri öyrəniləcəkdir. Həmçinin nadir, endemik, rekikt, itmək təhlükəsinə məruz qalan bitki növləri dəqiqləşdiriləcəkdir. Aparılmış tədqiqat işlərinin nəticələri əsasında floranın taksonomik spektri tərtib ediləcək, herbari fondu zənginləşdiriləcək, muxtar respublikanın florasının, bitkiliyinin zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, qorunub saxlanılması üçün müvafiq təklif və tövsiyyələr işlənib hazırlanacaqdır.