Naxçıvan Muxtar Respublika ərazisində alternativ (bərpa olunan) enerji mənbələrinin öyrənilməsi və günəş çeviricilərində istifadə olunan perspektivli birləşmələrin nazik təbəqələrinin alınması və tədqiqi
PbS nazik təbəqəsi üçün spektroskopik ellipsometriya ölçmələrinə əsasən kompleks dielektrik funksiyasının həqiqi və xəyali hissələri üçün alınmış asılılıqlardan E-bohran enerji qiymətləri “Graphical analysis” proqramı ilə təyin edilmişdir. Kimyəvi çökdürmə yolu ilə alınmış CdS nazik təbəqəsinin elektrolit məhlulundan ion mübadiləsi yolu ilə CdTe-a transformasiyası. Ellipsometrik ölçmələrdən PbS nazik təbəqəsinin kritik nöqtələrinin təyin edilmisdirir. Transformasiya prosesi nəticəsində alınmış CdS/CdTe heterokeçidində CdTe təbəqəsini EDTA (Trilon B) vasitəsilə qismən və bütünlüklə çevirməklə və alınmış Te təbəqəsini NaBH4-də həll etməklə heterokeçidə uyğun olaraq CdTe və CdS komponentlərinin qalınlıqlarının tənzimlənməsi məsələsi araşdırılmış və öz müsbət həllini tapmışdır. Mürəkkəbcoğrafi əraitə malik olan Culfa və Şahbuz rayonlarında günəş və külək enerjilərinin araşdırılması davam etdirilmiş, bu rayonlarında quraşdırılacaq günəş və külək enerji qurğularının yerlərinin müəyyənləşdirilməsi işləri aparılmışdır. Araşdırmalara əsasən Şahbuz və Culfa rayonlarının hər birinin fərqli mikro iqlimə malik olduğu müəyyən edilmiş və bu rayonlarda yarana biləcək ekoloji problemlərin həlli məsələləri öyrənilmişdir.