AMEA Naxçıvan Bölməsi

Axtarışlar jurnalının yeni sayı nəşr olunub


Axtarışlar jurnalının 2021-ci il üzrə ilk nömrəsi nəşr olunub

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən nəşr olunan “Axtarışlar” jurnalının 2021-ci il üzrə ilk nömrəsi nəşr olunub.
Ədəbiyyatşünaslıq, folklorşünaslıq, dilçilik və sənətşünaslıqla bağlı materialların dərc olunduğu “Axtarışlar” jurnalında 40-a yaxın tədqiqatçının bir-birindən maraqlı məqalələri yer alıb.
Jurnalın sayca 39-cu nömrəsində “Nizami yaradıcılığı ilə qədim türk dastanları paralelləri”, “Naxçıvanda e.ə. yaşamış Qazan prototürkləri ilə bağlı etnooykonimlər”, “Onomastik frazeologizmlərin frazeoloji sistemdə yeri və mövqeyi”, “Naxçıvan teatrının ilk peşəkar rəssamı – Bəhruz Kəngərli”, “Bəhruz bəy Kəngərli yaradıcılığında natürmort müstəqil janr kimi”, “Heykəltəraş Fuad Əbdürrəhmanovun Nizami Gəncəvi heykəli”, “Sənət nümunələrində yaşanan tarix” və başqa elmi məqalələr verilmişdir.
Yüklə