AMEA Naxçıvan Bölməsi

Jurnalın yeni sayı dərc olunub


Jurnalın yeni sayında tədqiqatçıların ədəbiyyatşünaslıq, folklorşünaslıq, sənətşünaslıq və dilçiliklə bağlı araşdırmalarının nəticələri yer alıb.

   AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən nəşr edilən “Axtarışlar” jurnalının ötən ilə olan dördüncü sayı işıq üzü görüb.

   Jurnalın yeni sayında tədqiqatçıların ədəbiyyatşünaslıq, folklorşünaslıq, sənətşünaslıq və dilçiliklə bağlı araşdırmalarının nəticələri yer alıb. Müxtəlif mövzulu elmi məqalələrin dərc olunduğu jurnalda Naxçıvanın aşıq yaradıcılığı, yallıları, teatrı, memarlığı tədqiq olunmuş, Asim Yadigar, Hüseyn Abbaszadə, Paşa Qəlbinur, Bəhruz Kəngərli kimi sənətkarların yaradıcılığı araşdırılmışdır.

   Nəşrin “Biblioqrafiya” adlı bölməsində mərhum professor Hüseyn Həşimlinin “Unudulmuş yazıçı: Ələkbər Qərib Naxçıvanlı” monoqrafiyası və toplayıb çapa hazırladığı “Haqq divanı” kitabına həsr olunmuş “Naxçıvanşünaslığa layiqli töhfə” başlıqlı resenziya oxuculara təqdim edilmişdir.

Yüklə

Elmi əsərlər jurnalı - 2019 (№3)



AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanası tərəfindən “Naxçıvan Muxtar Respublikası - 100 il” adlı daycest tərtib olunub. Daycest AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın redaktorluğu ilə Elmi Kitabxananın əməkdaşı Məlahət Əhmədli tərəfindən tərtib olunub. Daycestdə AMEA Naxçıvan Bölməsi əməkdaşlarının və müxtəlif müəlliflərin Naxçıvan Muxtar Respublikasının yaradılması, keçdiyi tarixi yol, iqtisadi-siyasi həyatı, ədəbi mühiti, flora və fauna sistemi ilə bağlı dərc olunmuş kitab və məqalələri araşdırılmış, qısa məzmunları verilmişdir.

AMEA Naxçıvan Bölməsinin 2023-cü il üzrə hesabatı dərc olunub.


Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı nəşr olunub. “Tusi” nəşriyyatında dərc olunan hesabat Naxçıvan Bölməsi üzvlərinin, elmi-tədqiqat müəssisələrinin və müvafiq ali təhsil müəssisələrinin təqdim etdikləri materiallar əsasında Elm və təhsil şöbəsi tərəfindən tərtib edilib.

AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanası tərəfindən “Naxçıvanın tarixi, arxeologiya və etnoqrafiyası” adlı daycest tərtib olunub. Bölmənin Elmi Kitabxanasının kompüter mütəxəssisi Məlahət Əhmədlinin tərtib etdiyi daycestin redaktoru həmin kitabxananın baş kitabxanaçısı Nuridə Kəngərlidir. Daycestdə AMEA Naxçıvan Bölməsi alimlərinin, habelə başqa xarici və ölkə alimlərinin Naxçıvanın tarixi, arxeologiyası və etnoqrafiyası ilə bağlı dərc edilən məqalələri təhlil edilərək, onların qısa xülasəsi verilib. Qeyd edək ki, daycest 2006-2023-cü illərdə çap olunmuş məqalələri əhatə edir, məqalələr xronoloji ardıcıllıq nəzərə alınmaqla əlifba sırası ilə təqdim olunur.

E-müraciət
Kitab və Monoqrafiya
523
Dərs və metodik vəsait
38
Jurnal
119
Elmi məqalə
10127